Ronaldo razılığa gəldi - daha bir il...

10:26 - 10 Fevral 2025 - İDMAN

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləni uzatmaq barədə razılığa gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Arriyadiyah” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, müqavilənin müddəti 2026-cı ilə qədər olacaq və müqavilənin şərtləri olduğu kimi qalacaq.

Hazırkı müqaviləyə əsasən, Ronaldo ildə 200 milyon avro alır.

Futbolçunun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.

Xəbər xətti