Ağdaş rayonunun Pirəzə kəndində 5 yaşlı uşaq civədən zəhərlənib.
Ucnoqta.az-ın məlumatına görə, kənd sakini N. Alxazzadə evdə olarkən ağzında termometri sındırıb. Bu zaman termometrin içindəki civə açılaraq uşağın zəhərlənməsinə səbəb olub. Azyaşlı dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Müalicədən sonra vəziyyəti stabilləşən uşaq evə buraxılıb.