HƏMAS və İsrail arasında məhbus mübadiləsinin birinci mərhələsinin dördüncü raundu bu gün baş tutacaq.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin 183 fələstinlini azad edəcəyi gözlənilir.
Bu şəxslərdən 18-i ömürlük, 54-ü isə ağır həbs cəzasına məhkum edilib. Onlardan 111-i 2023-cü il oktyabrın 7-dən sonra Qəzza zolağında saxlanılıb.