"Baku Bus"ın sürücüsü sükan arxasında infarkt keçirdi

09:16 - 31 Yanvar 2025 - HADİSƏ

Maştağa qəsəbəsində "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu qəza törədib.

Ucnoqta.az APA-ya istinadən məlumat verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.

Qeyd edək ki, avtobus depoya getdiyi üçün boş olub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xəbər xətti