165 min manatlıq dələduzluq edən şəxs həbs olundu

12:22 - 29 Yanvar 2025 - HADİSƏ

Mingəçevirdə 165 minlik dələduzluq edən şəxs həbs edilib.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 58 yaşlı Rasim Həsənovdur.

O, zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri-yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verərək həmin şəxslərin 165 min manat pulunu dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti