Qəzzada məktəblərin 88 faizi dağılıb

08:01 - 24 Yanvar 2025 - DÜNYA

Döyüşlər zamanı məktəblərin 88%-i dağıldığlndan Qəzza zolağında 660 minə yaxın uşaq təhsil almaq imkanından məhrumdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

Məlumata görə, Fələstin anklavında 18 mindən çox şagird qəbul edə bilən 86 müvəqqəti təlim mərkəzi yerləşdirilib.

UNRWA qeyd edir ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Qəzza zolağında 14500-dən çox uşaq ölüb.

Xəbər xətti