11 avtomat, 6 pulemyot, 2 qumbaraatan, ... - AŞKARLANIB

11:48 - 17 Yanvar 2025 - ÖLKƏ İÇİ

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 6 pulemyot, 2 qumbaraatan, 30 tüfəng, 3 patron darağı və 77 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər xətti