Neftin qiyməti cüzi bahalaşıb.
Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı mart fyuçerslərinin qiyməti 0,47 dollar (0,58%) bahalaşaraq 81,76 dollar/barelə çatıb.
Cümə axşamı Brent markalı neft 0,74 dollar (0,9%) ucuzlaşaraq 81,29 dollar/barelə düşüb.
Həmçinin, WTI markalı neftin fevral fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,65 dollar (0,83%) bahalaşaraq bir barelə görə 79,33 dollar təşkil edib.
Bir gün əvvəl müqavilə 1,36 dollar (1,7%) ucuzlaşaraq 78,68 dollar/barel olub.