Klinton, Buş və Obama Trampın inauqurasiya şam yeməyindən imtina ediblər

08:41 - 16 Yanvar 2025 - DÜNYA

Amerikanın keçmiş liderləri - 42-ci prezident Bill Klinton, 43-cü prezident Corc Buş və 44-cü prezident Barak Obama yanvarın 20-də Donald Trampın inauqurasiya şam yeməyində iştirak etməyəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü mənbələrə istinadən NBC məlumat yayıb.

Məlumata görə, Obama və Klinton artıq şam yeməyinə dəvət alıblar, lakin iştirak etməyi planlaşdırmırlar. Keçmiş birinci xanım və keçmiş dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o, tədbirə qatılmaqdan da imtina edib.
Buşun nümayəndələri NBC telekanalına onun dəvət almasından xəbərsiz olduqlarını bildiriblər.

Bununla belə, hər üç keçmiş prezident Trampın gələn bazar ertəsi andiçmə mərasimində iştirak edəcək.
Bir qayda olaraq, yeni dövlət başçısının andiçmə mərasimində çıxışından sonra səlahiyyət müddəti başa çatan prezident Vaşinqtonu tərk edir.
Yeni prezident isə sələfi ilə vidalaşdıqdan sonra 1953-cü ildə ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer tərəfindən əsası qoyulmuş ənənənin ilk naharının keçirildiyi Kapitoliyə qayıdır.///tass

Xəbər xətti