Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və anklavda saxlanılan girovların azad edilməsi istiqamətində aparılan danışıqların gedişatını müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ərəb dövləti başçısının ofisi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı uzunmüddətli atəşkəsə nail olmaq məqsədi ilə Qəzza zolağında atəşkəs danışıqlarının yekun detalları müzakirə edilib.
Şeyx Təmim bin Həməd Al Tani ABŞ prezidenti Co Baydenlə də telefon danışığı aparıb.
Əmirin ofisinin məlumatına görə, tərəflər Qəzza zolağı və işğal olunmuş Fələstin ərazilərində baş verən son hadisələri, həmçinin Fələstin anklavında müharibəyə son qoymaq üçün birgə vasitəçilik səylərini müzakirə ediblər.