Neftin qiyməti 81 dolları ötdü

09:29 - 13 Yanvar 2025 - İQTİSADİYYAT

Londonun ICE birjasında 2025-ci ilin mart ayında tədarük edilən Brent markalı neftin fyuçerslərinin qiyməti, ticarət məlumatlarına əsasən, 8 oktyabr 2024-cü ildən bəri ilk dəfə bir barel üçün 81 dolları ötüb.

Ucnoqta.az xəbər verir ki, Birjanın məlumatına görə, Brent markalı neftin qiyməti 1,68% artaraq 81,22 dollara (+1,83%) alınıb. Eyni zamanda, 2025-ci ilin fevralında tədarük üçün WTI markalı xam neftin fyuçersləri 2,01% bahalaşaraq bir barel üçün 78,11 dollar təşkil edib.

Xəbər xətti