Banqladeş Xarici İşlər Nazirliyi Hindistanın səfiri Pranay Vermanı iki ölkə sərhədində tikanlı məftillərlə hasarın tikintisinə etiraz etmək üçün çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Banqladeşin BSS xəbər agentliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra mətbuata açıqlama verən səfir Verma Dəkkə və Yeni Dehlinin təhlükəsizlik məqsədilə sərhədin hasarlanmasına dair razılığa gəldiklərini deyib.