Fransa Çaddakı bazalarından birindən hərbi kontingentini çıxardı

15:26 - 11 Yanvar 2025 - DÜNYA

Fransa qoşunlarının Çaddakı Abeçe bazasından çıxarılmasını başa çatdırıb. Dünən ağır texnika bazanı tərk edib, bu gün isə hərbi qulluqçular bazanı ediblər.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, baza Çad Silahlı Qüvvələrinin nəzarətinə verilib.

29 noyabr 2024-cü ildə Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini elan edib və dekabrın 20-də bütün qoşunların 31 yanvar 2025-ci ilə qədər ölkədən çıxarılmasını tələb etdi.
Əvvəlcə Fransa qırıcıları Çadı tərk edib. 
 Çadda üç bazada - paytaxt N'Djamena, Faya-Largeau və Abeche-də yerləşən Fransa silahlı qüvvələrinin 1000-ə yaxın şəxsi heyəti var idi.

Xəbər xətti