Yəmənin Hudeyda və Ras İsa limanlarına raket zərbələri endirilib

17:16 - 10 Yanvar 2025 - DÜNYA

Husi qiyamçıları Ənsar Allah hərəkatının nəzarətində olan Yəmənin Hodeyda və Rəs İsa limanları bir sıra hava hücumlarına məruz qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, Qırmızı dəniz sahillərində yerləşən limanlara hücumlar ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri tərəfindən həyata keçirilib.
 Əl-Ərəbiyyə telekanalının məlumatına görə, Hodeyda dəniz limanına azı 7 hava zərbəsi endirilib.

Xəbər xətti