Myanma Arakan bölgəsinə zərbə endirib - 40 nəfər ölüb

11:25 - 10 Yanvar 2025 - DÜNYA

Myanma Hərbi Hava Qüvvələrinin Arakan Ordusunun (AA) etnik üsyançı qruplaşmasının silahlıları tərəfindən ələ keçirdiyi Arakan şəhərinə (Rakhayn əyaləti) endirdiyi hava zərbəsi nəticəsində azı 40 nəfər ölüb, 50 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Məlumata görə, partlayışlar şəhərin məhəllələrində yanğınlara səbəb olub və nəticədə 500-dən çox yaşayış binası dağıdılıb. Hava hücumu Myanma hakimiyyətinin əvvəllər Çinin köməyi ilə strateji əhəmiyyətli dərin dəniz limanı tikməyi planlaşdırdığı AA-nın nəzarətində olan Ramri adasındakı Kyauk Ni Mo yaşayış məntəqəsinə də endirilib.

Xəbər xətti