Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qətnamə layihəsini təsdiqləyib və o, indi parlamentin müzakirəsinə çıxarılacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu məsələ ilə bağlı qərar yalnız referendumla qəbul edilə bilər.
“Bu, sözün birbaşa mənasında Ermənistanın Avropa İttifaqına üzvlüyü demək deyil, çünki bu məsələ ilə bağlı qərar yalnız referendumla qəbul edilə bilər. Amma onu da qeyd etməliyik ki, referendumdan əvvəl biz müəyyən tədbirlər görməliyik: Avropa İttifaqı ilə yol xəritəsini müzakirə etməliyik”, - o, qeyd edib.
Bir neçə qərbyönlü partiya və təşkilat tərəfindən təqdim olunan qanun layihəsinin Nazirlər Kabinetinin təsdiqindən sonra bu ayın sonunda parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.