Litva Almaniyadan "Leopard" tankları alır

10:57 - 9 Yanvar 2025 - DÜNYA

Rəsmi Vilnüs 2030-cu ilə qədər tank batalyonunu formalaşdırmaq üçün Almaniya istehsalı olan "Leopard" tanklarının partiyası üçün bu il avans ödəyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Dovile Şakaliene "Žiņu radijas" radiostansiyasının efirində bildirib.

"Biz bu il zirehli texnikalar üçün avans ödəməyi planlaşdırırıq. Sonra 2030-cu ilə qədər biz tank batalyonunu yerləşdirə biləcəyik", - o deyib.
Nazir əməliyyatın ümumi məbləğinin nə qədər olduğunu və avans ödənişinin hansı payı təşkil edəcəyini açıqlamayıb.

Xəbər xətti