Olavio Juninyonun son durumu bəlli olub.
Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ" "Sevilya" ilə transfer məsələsində anlaşıb.
Futbolçunun bu gün İspaniyaya yollanması gözlənilir. O, tibbi müayinədən keçəcək və yeni klubu ilə müqavilə imzalayacaq.
Tərəflər arasında 2+1 illik sözləşmə bağlanacaq.
Son detalların həll olunmasından sonra braziliyalı yeni komandasına qoşulacaq.
"Sevilya" bu keçid üçün "Qarabağ"a 4 milyon avro transfer haqqı ödəcəyək. Həmçinin İspaniya təmsilçisi ağdamlılara daha 1 milyon avro bonus verəcək.
"Qarabağ" Juninyonun növbəti transferindən 20 faiz gəlir də əldə edəcək. La Liqa klubu Çempionlar Liqasına vəsiqə qazanarsa, "köhlən atlar"a 250 min avro ödəniş olunacaq.
Qeyd edək ki, Olavio Premyer Liqa təmsilçisinə ötən ilin yayında qoşulub.