Hollivud aktrisası və müğənnisi Cennifer Lopez keçmiş həyat yoldaşı Ben Afflekin filminin nümayişinə “çılpaq” köynəkdə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Filmin prodüseri aktrisanın keçmiş əri Ben Afflek olub. Aktrisa tədbirdə mavi libasda pozalar verib.
Məşhurun əynində şəffaf köynək, pencək və dar cins şalvar olub. O, paltarına sırğalar və çəhrayı məxmər sandal əlavə edib.
Cennifer Lopez saçlarını at quyruğu düzəldib, parlaq göz kölgəsi və çəhrayı dodaq parıldadıcısı taxıb.