Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

11:10 - 18 Dekabr 2024 - İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Qeyd edilib, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub.

Xəbər xətti