5,5 bal gücündə zəlzələ baş verib

00:01 - 18 Dekabr 2024 - DÜNYA

Vanuatu sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Vanuatunun paytaxtı Port Vila şəhərindən 17 km qərbdə olub. Zəlzələnin ocağı 58 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər xətti