Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb
Ucnoqta.az xəbər verir ki, Salyanın Xələc kəndində dəm qazından boğulma hadisəsi baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü B. Aynur yaşadıqları evin hamamında dəm qazından zəhərlənib.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.///apa