Yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşınmasına start veriləcək.
Ucnoqta.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbəri Rövşən Rüstəmov bildirib.
“Artıq deyə bilərəm ki, buna sayılı günlər qalıb. Tezliklə ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Hazırlıq işləri tamamlanmaq üzrədir: infrastruktur tam hazırdır, stansiyalarda təmir işləri yekunlaşır. Yaxın vaxtlarda bunun şahidi olacağıq”, - R. Rüstəmov deyib.