Polşa ABŞ-dan bir neçə MQ-9B SkyGuardian PUA sistemi alır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb.
PUA-ların alınmasına dair müqavilə Polşa Silahlanma Agentliyi ilə Amerikanın General Atomics şirkəti arasında bağlanıb.
Yeni PUA-ların tədarükü 2027-ci ilin birinci rübündən əvvəl həyata keçirilməlidir.
Bildirilir ki, MQ-9B SkyGuardian 2023-cü ilin fevralında gətirilən Polşa ordusunun istifadə etdiyi, hazırda icarəyə götürülmüş MQ-9A REAPER PUA-ları əvəz etməlidir.
Açıq mənbələrə görə, MQ-9B SkyGuardian-ın uçuş məsafəsi 2,2 min km-dən çoxdur.
Bu tip PUA havada təxminən 40 saat qala bilir və 15 km yüksəklikdə uça bilir. Dronun daşıma qabiliyyəti 2,15 tondur.