OPEC+ noyabrda hasilatı sutkada 80 min barel artırıb

12:06 - 12 Dekabr 2024 - İQTİSADİYYAT

2024-cü ilin noyabrında OPEC+ ölkələri neft hasilatını sutkada 80 min barel (b/d) artırdılar, lakin könüllü məhdudiyyətlər və kompensasiyalar nəzərə alınmaqla gündəlik 680 min barel neft hasilatı plandan artıq hasil ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr hesabatında təqdim olunub.

BEA-nın məlumatına görə, İraq, Qazaxıstan və Rusiyadan könüllü azalmalar və kompensasiyalar nəzərə alınmaqla, saziş çərçivəsində OPEC+ ölkələri tərəfindən hasilatın hədəf səviyyəsi sutkada 33,72 milyon barel, faktiki hasilat isə 34,4 milyon barel olub.
Beləliklə, planın artıqlaması təxminən 680 min barel/gün olmuşdur.

Xəbər xətti