Metroda yenə problem: Sərnişinlər düşürüldü

10:50 - 12 Dekabr 2024 - Cəmiyyət

“Dərnəgül-Bakmil” istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, qrafikə uyğun olaraq “Bakmil” stansiyasından “Nərimanov” elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.

Xəbər xətti