Qatı duman səbəbindən Çanaqqala boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.
Bildirilir ki, qatı dumana görə görmə məhdudluğu səbəbindən Çanaqqala boğazında yük daşımaları müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb.