Ermənistanın SSRİ-nin tərkibində mövcud olan sərhədlərdən imtina etmək suverenlikdən və dövlətçilikdən imtina etmək deməkdir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da yazıb.
“Açığını deməliyəm ki, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir, çünki SSRİ-nin xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən əl çəkmək demək ola bilər, çünki biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sədaqət təhlükəsizlik üçün vacibdir və bizim üçün buferdir” - o qeyd edib.
Baş nazir əlavə edib ki, əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə tanınmış əraziləri tanımırlarsa, o zaman başqalarına da onu tanımamaq imkanı verirlər. "Beynəlxalq səviyyədə tanınan ərazimizi tam olaraq tanımamaqla, biz öz qapılarımızı başqalarının üzünə açırıq” - baş nazir deyib.