Afrika ölkələri tezliklə BMT Təhlükəsizlik Şurasına daimi üzv kimi qoşulacaq - Quterreş

19:23 - 11 Dekabr 2024 - DÜNYA

Afrika ölkələri tezliklə BMT Təhlükəsizlik Şurasına (TŞ) daimi üzv kimi daxil olacaqlar.

Ucnoqta.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş TASS-ın sualına cavabında deyib.

"Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına daxil olmasının qarşısındakı ən ciddi maneələr aradan qaldırılıb. İki Afrika ölkəsinin Təhlükəsizlik Şurasının daimi üzvü olacağına dair konsensus əldə olunub. Əminəm ki, Afrika ölkələrini BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi görmədən BMT-nin baş katibi kimi mandatıma son qoymayacağam” - Quterreş qeyd edib.

Quterreş əlavə edib ki, qlobal Cənubun BMT-nin işinə təsiri indi həlledicidir.

Xəbər xətti