Fələstinin Qəzza zolağında son sutka ərzində İsrail ordusunun əməliyyatları nəticəsində 20-yə yaxın insan həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, son 24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif bölgələrində həyata keçirdiyi hücumlar və bombardmanlar zamanı 19 nəfər həlak olub, 69 nəfər yaralanıb.
Bu məlumatlarla, İsrail hərbi əməliyyatları başlayandan bəri anklavın əhalisi arasında həlak olanların sayı 44 805 nəfərə çatıb, 106 257 nəfər yaralanıb.