İran ancaq Qərbin təzyiqi ilə güclənəcək - Xamneyi

12:37 - 11 Dekabr 2024 - DÜNYA

İran və müqavimət qüvvələri onlara təzyiqlər davam edərsə, daha da güclənəcək və bütün Yaxın Şərqi əhatə edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei xalqa müraciəti zamanı deyib.

“Müqavimət qüvvələrinin mahiyyəti ondan ibarətdir ki, nə qədər çox itələsən, motivasiya bir o qədər güclü olar. Onlarla nə qədər mübarizə aparsan, bir o qədər genişlənir.
Sizə deyirəm ki, müqavimət qüvvələri bütün bölgəni əhatə edəcək! Müqavimətin mənasını anlamayanlar düşünürlər ki, müqavimət qüvvələri zəiflədikdə İran da zəifləyəcək, lakin mən sizə deyirəm ki, İran hər halda güclənəcək”, - Xamneyi deyib.

Xəbər xətti