Tramp Baydeni Ukraynaya ayrılan vəsaiti mənimsəməkdə ittiham edib

08:07 - 11 Dekabr 2024 - DÜNYA

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni amerikalı vergi ödəyicilərinin Ukraynaya ayrılan vəsaitlərini mənimsəməkdə ittiham edib.

Ucnoqta.az xarici mətbuataa stinadən xəbər verir ki, o, çərşənbə axşamı Truth Social sosial şəbəkəsindəki səhifəsində ABŞ-ın hazırkı prezidentinin “Baydenomik” adlanan iqtisadi siyasətinin məqamlarını əks etdirən şəkli dərc edib.

"Baydennomik necə işləyir. Siz vergi ödəyirsiniz. Mən (Bayden) onları Ukraynaya göndərirəm. Onlar Hanterə geri göndərirlər.
Hanter onları mənə verir. Hanterin əfvi”, paylaşımda yazılıb.

Xəbər xətti