Mərkəzi Bank daha 10 lisenziyanı ləğv etdi

15:51 - 10 Dekabr 2024 - SİYASƏT

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Məlumata görə, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər.

Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.

Qeyd edək ki, AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.

Xəbər xətti