"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya kubokunun 1/8 final mərhələsində "Bayer"lə matçın 17-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.
Ucnoqta.az xəbər verir ki, Noyer cərimə meydançası xaricində "Bayer Leverkuzen" oyunçusuna qarşı kobudluq edib. Alman qapıçı üçün bu qırmızı vərəqə karyerasında ilk olub.
Qapıçı Daniel Perets hücumçu Leroy Saneni əvəzləyərək "Bavariya"nın qapısına daxil olub.
Görüş Münhendə "Allianz Arena"da keçirilir.