ABŞ prezidenti Co Bayden dövlət katibi Entoni Blinkenə Kiyevə 63 milyon dollara qədər əlavə yardımın göstərilməsinin mümkünlüyünü müəyyən etməyi tapşırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin saytındakı açıqlamada deyilir.
“Mən dövlət katibinə Ukraynaya 63 milyon dollara qədər yardım göstərməyin ABŞ-ın təhlükəsizlik maraqları üçün vacib olub-olmadığını müəyyən etmək səlahiyyətini verirəm”, - mətndə deyilir.