Gürcüstan Konstitusiya Məhkəməsi prezidentin iddiasını qəbul etmədi

15:50 - 3 Dekabr 2024 - DÜNYA

Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin və müxalifət siyasətçilərinin oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin konstitusiyaya zidd elan edilməsini tələb edən iddialarını mahiyyəti üzrə baxılmaq üçün qəbul etməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Bildirilir ki, 1848 saylı konstitusiya iddiaları və 1849 saylı mahiyyəti üzrə baxılmaq üçün qəbul edilməyəcək.
 “Hökm qətidir və apellyasiya şikayəti verilə və ya ona yenidən baxıla bilməz”, - deyə məlumatda bildirilir.

Xəbər xətti