Hindistan istehsalı olan ilk nüvə hücum sualtı qayığı 2036-cı ilə qədər hazır olacaq.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Dineş Tripati bildirib.
Onun sözlərinə görə, Hindistan Hərbi Dəniz Qüvvələri üçün nüvə sualtı qayığının yaradılması proqramı hökumət tərəfindən təsdiqlənib.
Admiral qeyd edib ki, bu sualtı qayıqlar Hərbi Dəniz Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və milli maraqların qorunmasında öz gücünü nümayiş etdirəcək.