Son illərdə gənclər arasında infarkt halları artıb. Bəziləri buna səbəb COVID-19 peyvəndi olduğunu düşünür. Bu doğrudurmu?
Ucnoqta.az xəbər verir ki, Prof. Dr. Osman Müftüoğlu COVID-19 və infarkt arasında əlaqə olduğunu deyir. “Lakin bu əlaqə onun peyvəndləri ilə deyil, COVID-19-un özü ilə bağlıdır. Daha aydın şəkildə, COVID-19 ürək xəstəlikləri və infarktlara səbəb ola bilər, bu dəqiqdir, lakin COVID-19 peyvəndləri bu prosesdə səbəb deyil, qoruyucu kimi qiymətləndirilməlidir."
COVID-19-u olanların infarkt keçirmə riski gözlənildiyindən daha yüksəkdir. 2022-ci ildə 150 mindən çox COVID-19 xəstəsi üzərində aparılan araşdırmaya görə, COVID-19 infeksiyasından sağalanların, hətta xəstələndikdən 1 il sonra belə ürək xəstəliyi və infarkt riskində əhəmiyyətli artım var.
Eyni araşdırmaya görə, bu risk hətta yüngül dərəcədə COVID-19 olanlar üçün də mövcuddur. Üstəlik, bu risk hətta xəstəliyə tutulduqdan sonra 3-cü, hətta 4-cü ildə də davam edir.
COVID-19 epidemiyası zamanı peyvənd tədqiqatlarına başlandıqdan sonra peyvənd olunanların bəzilərində “miokardit” kimi ürək xəstəliklərinin baş verməsi sayı çox az olsa da, peyvəndin əleyhdarları tərəfindən çox şişirdilmişdir. Xatırladaq ki, miokardit ürək əzələsinin iltihabı deməkdir. Ancaq bu peyvəndin yan təsiri olduqca nadir bir problemdir.
Ən tez-tez mRNA vaksinlərinin ikinci dozasından sonra ilk iki həftə ərzində baş verir və insident dərəcəsi 10 min nəfərə 0,26 ilə 1,3 arasında dəyişir. Üstəlik, bu peyvənddən sonra yaranan miokardit qısa müddətdən sonra heç bir problem yaratmadan özbaşına və tez keçib gedir. Bir sözlə, COVID-19 peyvəndi səbəbiylə bir infarkt halı dərc edilməmişdir.
Əldə etdiyimiz elmi məlumatlar açıq şəkildə göstərir ki, COVID-19 infeksiyası olanların ilk 3-4 ildə infarkt keçirmə ehtimalı gözləniləndən daha yüksəkdir. Digər tərəfdən, mütəmadi olaraq COVID-19 peyvəndi alanların infarkt riski COVID-19 xəstəliyinə tutulanlara nisbətən daha azdır. Qısaca desək, ELMİ MƏLUMATLAR ANTİVAKSİNATORLARIN İDDİALARINI DƏSTƏKLƏMİR.
Ürək-damar xəstəlikləri və infarktların “yaşlı insanları vurması” və buna görə də gənclərin və orta yaşlıların, xüsusən də 50-dən aşağı olanların müdafiəsi üçün çox narahat olmağımıza ehtiyac olmadığı fikri yalan, təhlükəli, lakin təəssüf ki, geniş yayılmış şəhər mifidir.
Bilək ki, infarktların demək olar ki, 50 faizindən çoxu (yəni tam yarısı) 65 yaşdan kiçik insanlarda olur. Hər 5 nəfərdən 1-i 40 yaşdan aşağı insanlarda olur. Ona görə də “mən gəncəm, onsuz da ürəyim güclüdür” düşünmək, diqqətsiz davranmaq son dərəcə yanlış yanaşmadır.