Netanyahu İsrailin atəşə tutulmasın qətiyyətli cavab vəd edib

21:31 - 2 Dekabr 2024 - DÜNYA

 İsrailin baş naziri Binyamin Netanyahu yəhudi dövlətinin şimalındakı Dov dağı ərazisinə şiə Hizbullah hərəkatının yaraqlılarının raket hücumunu atəşkəs rejiminin kobud şəkildə pozulması adlandırıb və radikalların hərəkətlərinə “qətiyyətli” cavab vəd edib.

Ucnoqta.az xəbər verir ki, Baş nazirin açıqlamaları onun ofisi tərəfindən yayılıb.

"Hizbullahın Dov dağı ərazisini atəşə tutması atəşkəs rejiminin kobud şəkildə pozulmasıdır və İsrail qətiyyətlə və tam güclə cavab verəcək", - Netanyahu bildirib.

“Biz atəşkəs rejiminə əməl etməyə davam etməkdə və Hizbullah tərəfindən kiçik və ya ciddi hər hansı pozuntuya cavab verməkdə qərarlıyıq”, - deyə baş nazir əlavə edib.

Xəbər xətti