Almaniya dekabrda Kiyevə “Patriot” buraxılış sistemləri və “Gepard” özüyeriyən zenit silahları (SPA), 2025-ci ildə isə yeni silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri və “Sea King” helikopterləri verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Kiyevdə Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Şolz qeyd edib ki, Patriot buraxılış qurğuları və yeni Gepard özüyeriyən silahları dekabrda iki IRIS-T hava hücumundan müdafiə sisteminin tədarükünün elanına əlavə olunacaq.
Kansler əlavə edib ki, 2025-ci ildə yeni hava hücumundan müdafiə sistemləri, haubitsalar, hücum və kəşfiyyat pilotsuz uçan aparatları, artilleriya mərmiləri, həmçinin silahları olan altı “Sea King” helikopterini tədarük edəcəyik.