Rusiya Gürcüstanın daxili işlərinə qarışmayıb və qarışmır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Gürcüstanda baş verən hər şey Gürcüstanın daxili işidir, biz bu proseslərə qarışmamışıq və qarışmaq niyyətində deyilik”, - Kreml nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.