Hindistan Pakistanla sərhəddə əlavə 2 min hərbçi yerləşdirib

07:49 - 2 Dekabr 2024 - DÜNYA

Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələri (BSF) qeyri-qanuni sərhəd keçidlərindən qorunmaq üçün Pakistanla həmsərhəd Cammu bölgəsinə əlavə iki batalyon yerləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə PTI agentliyi təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, yerləşdirmə 2000-dən çox şəxsi əhatə edir və Pakistanla beynəlxalq sərhəddə mövcud BSF mövqelərinin arxasında ikinci müdafiə xəttini gücləndirmək məqsədi daşıyır. Bu sərhədin gücləndirilməsi qərarı 2024-cü ildə Rajouri, Poonç, Reasi, Udhampur, Kathua və Doda rayonlarında 18 təhlükəsizlik işçisi də daxil olmaqla 40-dan çox insanın həlak olduğu silsilə terror aktlarından sonra qəbul edilib.

Xəbər xətti