Gürcüstan DİN uşaqları aksiyadan uzaqlaşdırmağa çağırıb

00:24 - 2 Dekabr 2024 - DÜNYA

Gürcüstanın Daxili İşlər Nazirliyi valideynləri övladlarını Tbilisidə parlament binası yaxınlığındakı aksiyadan çıxarmağa çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyiin açıqlamasında deyilir.

“Müxtəlif KİV-lər toplantı və nümayişin keçirildiyi yerdə azyaşlı uşaqların göründüyü kadrları yayırlar. Gürcüstan qanunvericiliyinə görə, bütün uşaqların dinc toplaşmaq azadlığından istifadə etmək hüququ var.
Lakin indiki aksiyalar dəfələrlə dinc toplantı çərçivəsindən çıxıb və zorakılıq xarakteri alıb”, - müraciətdə deyilir.

Xəbər xətti