“Mançester Yunayted” yeni baş məşqçisi Ruben Amorimin rəhbərliyi altında ilk qələbəsini qazanıb.
Ucnoqta.az xəbər verir ki, İngiltərə Premyer Liqasının (APL) 13-cü turunun matçında komanda "Everton"u darmadağın edib.
“Old Trafford” stadionunda baş tutan görüş 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
İngiltərə çempionatının turnir cədvəlində "Mançester Yunayted" 19 xalla 9-cu yerdədir. "Everton" 15-ci yerdədir - 11 xalı var.