Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə Gürcüstan parlamenti yaxınlığında etirazçıları yanğın şlanqları ilə sulamağa başlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Parlamentin fasadı yaxınlığında xüsusi təyinatlıların nümayəndələri ilə toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları sütunların arxasında dayanırlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişənglər və ağır əşyalar atılmağa başlayıb.