Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

13:25 - 30 Noyabr 2024 - Xəbər

Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 40 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər xətti