Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin açıqlamasında deyilir.
Qeyd olunur ki, sərbəst toplaşmaq və ifadə azadlığı haqqında qanunun icazə verdiyi həddən kənara çıxmamaq üçün aksiya iştirakçılarına hüquq-mühafizə orqanlarının hər hansı müraciətinə baxmayaraq, toplaşanların bəziləri işıq lampaları və digər avadanlıqları sıradan çıxarıb, həmçinin elektrik naqillərini yandırıblar.
Polisə naməlum əşyalar atılıb, bir polis əməkdaşı yaralanıb.
Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını qanunsuz hərəkətlərə əl atmamağa, hüquq-mühafizə orqanlarının əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırır.
Əks halda, Daxili İşlər Nazirliyi qanuni mandat çərçivəsində fəaliyyət göstərəcək və Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərə əl atacaq.