"Real Madrid" irqçiliyə görə azyaşlı azarkeşi cərimələyib

21:03 - 29 Noyabr 2024 - Xəbər

"Real Madrid" azyaşlı azarkeşi braziliyalı futbolçu Vinisius Juniora qarşı irqçi qışqırıqlar səsləndirdiyinə görə cərimələyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubdan bildirilib ki, uşaq Vinisiusa məktub ünvanlayıb və orada baş verənlərə görə üzr istəyib.
 Nəticədə onun bir il müddətinə stadionlara getməsinə qadağa qoyulması və məhkəməyəqədər cərimə tətbiq edilməsi qərara alınıb. Cərimənin məbləği açıqlanmayıb.

Bu, 2024-cü il fevralın 18-də ölkə çempionatının Rayo Valyekano və "Real Madrid" matçında baş verib.

Xəbər xətti