İsrail hərbçiləri Livanın cənubunda "terror fəaliyyəti" və "səyyar reaktiv yaylım atəşi qurğusunun hərəkəti" aşkar edib, bundan sonra bölgəyə hava zərbəsi endirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl Livanın cənubunda terror fəaliyyəti və “Hizbullah”ın mobil raket buraxılış qurğusunun hərəkəti qeydə alınıb. Təhlükənin qarşısı İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə ilə alınıb”, - məlumatda deyilir.
Ordunun mətbuat xidməti qeyd edib ki, İDF bölmələri Livanın cənubunda yerləşdirilib və atəşkəs razılaşmasının hər hansı pozuntusunu fəal şəkildə aradan qaldıracaq.