Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə mitinq keçirilir

20:05 - 29 Noyabr 2024 - DÜNYA

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarının başlanması ilə bağlı müzakirələrin 2028-ci ilə qədər dondurulması ilə bağlı bəyanatına etiraz olaraq Tbilisidə bir neçə min insan parlament binası qarşısında aksiya keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat verib.

Gürcüstan və Avropa İttifaqının bayraqları olan nümayişçilər artıq parlament binasının yerləşdiyi Rustaveli prospektini bağlayıblar. Onlar hökumətin istefasını tələb edirlər.
Polis qüvvələri qanunverici orqanın xaricində növbətçilik edir. Onlar artıq parlament binasının arxasına aparan küçələrə gedən yolların qarşısını kəsiblər.

Polislə nümayişçilər arasında toqquşma olmayıb.

Xəbər xətti